Britaniya şahzadəsi Uilyam Kornuoll hersoqluğunun kral mülkiyyətinin bir hissəsini xeyriyyə məqsədləri üçün bağışlamağı planlaşdırır.
KONKRET.az lenta.ru-ya istinadən xəbər verir ki, o, evsizləri ərazidəki binalarda yerləşdirməyi təklif edir.
Hazırda qeyd olunan mülkiyyyətə 20 qraflıq üzrə səpələnmiş 52,6 min hektar ərazi daxildir. Əmlakın əksəriyyəti kənd yerlərində yerləşən təsərrüfatlardır. Onlarla bağlı 2,9 mindən çox icarə müqaviləsi bağlanıb.