Britaniya Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verdibackend

Britaniya Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2raketləri verdi

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

“Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb”, – bəyanatda deyilir.

2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olmuş bir “Brimstone 2” raketinin dəyəri təxminən 175 min funt sterlinq (207 min ABŞ dolları) qiymətləndirilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə təxminən 12 km-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*