Britaniyada dövlət qulluqçularına krallığın Avropa İttifaqından çıxması mənasını verən “Brexit” ifadəsindən istifadə etmək qadağan olunub.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumətin dil üslubu bələdçisi məmurlara yalnız lazım gəldikdə “tarixi kontekstdə” bu sözdən istifadəni tövsiyə edib.
Həmçinin dövlət qulluqçularına London və Brüsselin çıxış şərtləri ilə bağlı razılığa gəldiyi ayları şərtləndirən “keçid dövrü” terminindən də yayınmaq məsləhət görülüb.
“Brexit” əvəzinə “31 dekabr 2020-ci il” və ya “Böyük Britaniya Aİ-dən çıxdıqda”, “keçid dövrü” əvəzinə isə “31 dekabr 2020-ci il tarixinədək” və ya 1 yanvar 2021-ci il tarixindən sonra” ifadələri işlədilməlidir”, – deyə sənəddə qeyd olunub.