Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bu il oktyabrın 4-nə təyin edilmiş bələdiyyə seçkilərinin şəffaflığını və dürüstlüyünü təmin etmək məqsədilə nəzərdə tutulmuş bütün qrantların verilməsinin tamamilə dayandırıldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Britaniyanın Tbilisidəki diplomatik nümayəndəliyi bildirib ki, bu qərar Gürcüstanda baş verən son siyasi proseslər fonunda qəbul edilib.
Hələlik verilmiş qərarla bağlı gürcü rəsmilərdən açıqlama gəlməyib.
Natiq Səlim,
KONKRET.az