Britaniyadan Rusiyaya qarşı ŞOK GEDİŞ: 12 nüvə sualtı qayığı…backend

Britaniyadan Rusiyaya qarşı ŞOK GEDİŞ: 12 nüvə sualtı qayığı...

Böyük Britaniya Rusiyanın mümkün təhdidlərinə qarşı yeni təhlükəsizlik strategiyası çərçivəsində 12 ədəd SSN-AUKUS sinifli atom sualtı qayığı inşa edəcək və nüvə başlıqları proqramına əlavə 15 milyard funt sterlinq investisiya yatıracaq. Bu barədə Bloomberg məlumat yayıb.

KONKRET.az xəbər verir ki, planlara əsasən, hər 18 ayda bir sualtı qayıq inşa olunacaq və 2030-cu illərin sonuna qədər yeni nəsil bu sualtı qayıqlar hazırda istismarda olan yeddi “Astute” sinifli qayıqları əvəz edəcək.

Britaniya hökuməti bildirib ki, həm yeni nüvə başlıqları proqramı, həm də müasir silahlarla təchiz olunmuş sualtı qayıq donanması ölkənin və NATO-nun onilliklər boyu təhlükəsizliyini təmin edəcək.

Britaniyanın müdafiə naziri Con Hili isə məsələ ilə bağlı bildirib:

“Biz Rusiyanın aqressiyasına qarşı qətiyyətlə hərəkət etməliyik. Sualtı donanmanın genişləndirilməsi Moskvaya, lazım gələrsə, döyüşməyə hazır olduğumuzun açıq mesajıdır.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*