“Bakıda keçirilən COP29-da çox ilhamverici bir gün keçirdik”.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds özünün “X” sosial media hesabında yazıb.
“İqlim maliyyəsinə çıxışın genişləndirilməsindən tutmuş, iqlim dəyişikliyinin təsirindən ən çox zərər çəkənləri qorumağa qədər iqlim və inkişafın bir-birinə bağlı olduğunu başa düşürük”,- deyə nazir bildirib.
O, Böyük Britaniyanın dünya səhnəsində öz səsini yenidən yüksək səslə ifadə etdiyini vurğulayıb. Nazir ingilis aktyor Teo Ceyms ilə də görüşüb.
KONKRET.az