Brüsseldən İrəvana uçan təyyarə ildırım vurması səbəbindən geriyə qayıtdı – FOTObackend

Brüsseldən İrəvana uçan təyyarə ildırım vurması səbəbindən geriyə qayıtdı - FOTO

Brüssel-İrəvan reysi təxirə salınıb. Təyyarə ildırım vurması səbəbindən Brüssel hava limanına qayıdıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni telekanalları məlumat yayıb. Təyyarədə 180 sərnişin olub. Təyyarə göydə olarkən Lüksemburqun hava məkanında ildırım çaxıb. Pilotlar dərhal Brüssel hava limanına qayıtmaq qərarına gəliblər.

Uçuş 24 saat gecikib, sərnişinlər yaxınlıqdakı otellərdə yerləşdirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*