Bryansk vilayətində Ukraynaya məxsus 4 PUA vuruldubackend

Bryansk vilayətində Ukraynaya məxsus 4 PUA vuruldu

Bryansk vilayəti üzərində Ukraynaya məxsus 4 təyyarə tipli pilotsuz uçan aparat məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.

“Ukraynanın PUA-dan istifadə etməklə hücum təşkil etmək cəhdinin qarşısı alınıb. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Bryansk vilayəti üzərində 4 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib”, – qubernator deyib.

Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur.

Ariz Həsənnoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*