Rusiyanın Bryansk şəhərində veteranlar üçün tikilən hospitalda yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Yanğının başvermə səbəbi məlum deyil. Rusiya mətbuatı isə yanğının diversiya səbəbindən baş verə biləcəyini yazıb.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz yanğının söndürüldüyünü bildirib.