“Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər”.
KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O qeyd edib ki, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər:
“Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.
Bu ne demekdir. Xesteliye gore 1il dala dusmelisen? Bunu Kim fikirlesin. Bu hokmen deyisilmelidi. Sora da deyirler insanlar hekim den gizledir. Cox basa dusulmeyen bir seydi. Imtahanda sosial me safe saxlanilmaqla tempuraturu olmayan her kes istirak etmelidi. Xeste olanlar ise ayri vaxtda ve ya ayri yerde imtaxan vermelidi. Xestelik bizim huquqlarimizi elimizden almamalidir.