“Sonuncu dəfə Amerikada olandan sonra problem yaşadım. Hətta Bakıya gələndə dəvət edib, izahat aldılar. Dedi ki, turist vizası ilə gedirsən və orada konsertə qatılırsan. İzah edə bilmədim ki, ölkəmdə tanınmış adamam, dəvət aldım və getdim. Vaxtilə Xalq artisti Mələkxanım Eyubovaya Amerikaya gedəndə deyiblər ki, oturduğun masadan durma. Videoya düşsən, olmaz”.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev “Xəbərin var?” proqramında deyib. O, ABŞ-yə gedmə qadağası alan məşhurların adını açıqlayıb:
“Damlanın Amerika vizasına səfirlik 1 il qadağa qoyub. Oğlu orada təhsil alır, gedib onun yanına və orada konsert dəvəti alıb. Xəbər tutublar və buna görə onun turist vizasına getməmiş imtina qoydular. Xalq artisti Gülyanaq Məmmədova da Amerikaya getmişdi, orada konsertdə çıxış etdi. Gələn kimi vizasına qadağa qoydular. Dostumuz Günay İbrahimlinin də vizasına qadağa qoyulub”.