“Ukrayna qoşunları Donetsk vilayətinin şərqindəki Uqledar bölgəsində rus qoşunlarının hücumunu dəf edib və cənuba doğru irəliləmək cəhdlərinin qarşısını alıb”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Düşmən Uqledar istiqamətində irəliləməyə cəhd etdi, lakin bizim döyüşçülərimiz ona ağır itkilər verərək bunu dayandırdılar”, – deyə Zelenski vurğulayıb.