Türkiyə Meteorologiya Xidməti sabah ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, 11 şəhərdə temperatur normadan xeyli yuxarı qalxacaq.
Məlumata görə, Manisa və Aydın şəhərlərində sabah havanın temperaturu 40 dərəcəyə yaxınlaşacaq. Digər 9 şəhərdə də oxşar vəziyyət gözlənilir. Rəsmi qurum sakinləri günün ən isti saatlarında – saat 11:00-dan 16:00-a qədər açıq havada uzun müddət qalmaqdan çəkinməyə çağırıb.
Meteoroloqlar xəbərdarlıq edir ki, güclü istilər sağlamlıq üçün risk yarada bilər. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların diqqətli olması tövsiyə olunur.