Bu bürclərin vədlərinə aldanmayın – Deyirlər, etmirlər…backend

Bu bürclərin vədlərinə aldanmayın - Deyirlər, etmirlər...

Bəzi bürclər verdiyi vədi yerinə yetirməkdə çətinlik çəkirlər. Ani həyəcandan öhdəlik götürür, plansızlıq və ya diqqətsizlik üzündən vədləri yerinə yetirə bilmirlər.

Əkizlər bürcü dəyişkən və qərarsız təbiəti ilə tanınır. Zəkaları və sürətli düşünmə qabiliyyətləri sayəsində bir çox mövzuda təsiredici ola bilirlər. Bununla belə, vəd yerinə yetirməkdə çox da etibarlı deyillər. Sürətli düşünmələri və dəyişən əhvalları ertəsi gün verdikləri vədləri onlara unutdura bilər. Bu bürcün insanları planlarını birdən-birə dəyişirlər, bu da sözlərinə sadiq qalmamağa səbəb yaradır.

Oxatan bürcləri öz azadlıqlarını hədsiz sevirlər, sərbəstlik tərzi onların verdikləri vədləri unutmasına və ya yerinə yetirməkdə çətinlik çəkməsinə səbəb olur. Sərgüzəştli və kortəbii təbiətlərinə görə uzunmüddətli öhdəliklərə inam yaratmaqda aciz qalırlar. Oxatanlar ümumiyyətlə anı yaşamağı xoşlayırlar, bu baxımdan vədi yerinə yetirmək öhdəliyi onlar üçün yük ola bilər.

Balıqlar emosional və xəyalpərəst təbiətə malikdirlər. Vəd verməkdən də çəkinmirlər. Çünki başqalarına kömək etmək və ya yaxşı təəssürat yaratmaq istəyirlər. Lakin real olmayan arzuları və daim dəyişən əhval-ruhiyyələri onların vədlərini unutmasına gətirib çıxara bilər. Balıqlar yaxşı niyyətli olsalar belə, plan qurmaqda və öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Tərəzi insanları məmnun etmək və tarazlığı qorumaq səyləri ilə tanınır. Lakin bu xüsusiyyətlər bəzən onların vədlərinə əməl edə bilməmələri ilə nəticələnir. Tərəzilər başqalarını incitməmək və ya yox deməmək üçün vədlər verirlər, qərar qəbul etməkdə çətinlik çəkdikləri üçünsə bu vədləri kənara qoyurlar. Öz ehtiyaclarını başqalarının gözləntiləri ilə balanslaşdırmağa çalışmaq onların vədlərinə məhəl qoymamasına səbəb ola bilər./teleqrafcom

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*