Ramiz Mehdiyevin həbsindən sonra Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuata bir dəfə də olsun açıqlama verməyib. Belə ki, o, zəngləri açıb, Ramiz Mehdiyev haqda sualı eşitdikdən sonra yayınıb, məşğul olduğunu deyərək dəstəyi asıb.
Son günlərdə isə deputatla əlaqə tamamilə kəsilib, sanki yoxa çıxıb.
KONKRET.az sitat.info-ya istinadən xəbər verir ki, deputatla sonuncu dəfə oktyabrın 20-də danışmışıq. Ramiz Mehdiyevin həbsi ilə bağlı onun da fikirlərini öyrənməyə çalışdıq. Ondan yalnız bu sözləri eşitdik: “İclasdayam, daha sonra cavab verim”, “Xahiş edirəm, sonra…sonra…”.
Təbii ki, S.Novruzov jurnalistin zəngini cavabsız qoyan ilk deputat deyil, zaman-zaman Parlament üzvləri mətbuatdan qaçıblar. Ancaq gündəmdəki məsələ Ramiz Mehdiyevdirsə, dolayısı ilə vətənə xəyanət, hərbi çevrilişə cəhv kimi ağır ittihamlar gündəmdədirsə, burada mütləq şəkildə deputat öz mövqeyini ortaya qoymalıdır.
Onu anlamaq da çətin deyil. Ramiz Mehdiyevin müdafiə ediləcək bir tərəfi qalmayıb, əleyhinə də danışmaq istəmir. Bir sözlə ona sadiqlik nümayiş etdirir. Nəvəsinin toyunda kəsdiyi çörəyə xəyanət etmək istəmir.
