“Bu düzəlişlər kapitulyasiyadan başqa bir şey deyil” – Mher Qaraqaşyanbackend

“Bu düzəlişlər kapitulyasiyadan başqa bir şey deyil” - Mher Qaraqaşyan

“Nikol Paşinyan bir manipulyasiyadan digərinə keçdi”

KONKRET.az xəbər verir ki, bu sözləri Kanadanın erməni diasporunun regional komitəsinin prezidenti  Mher Qaraqaşyan deyib.

Diaspor üzvü əlavə edib ki, müxtəlif dairələr, o cümlədən diaspora bilir ki, həm Əliyev, həm də Ərdoğan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi üçün mütəmadi olaraq Paşinyana müraciət ediblər.

Qaraqaşyan daha sonra fikrini belə davam etdirib: “Bu mümkün düzəliş kapitulyasiyadan başqa bir şey deyil. Çünki Paşinyan bütün bunları kompromis kimi edir. Türkiyə və Azərbaycanın sifarişi ilə Konstitusiyaya dəyişiklik edilməsi Müstəqillik Bəyannaməsinin vazkeçilməz bəndlərinin, xüsusən də soyqırım və “Artsax”ın xatırladılmasının Konstitusiyadan çıxarılması deməkdir. Azərbaycanın məqsədi aydındır: Onlar Ermənistanı Qərbi Azərbaycan adlandırmağa davam edəcək və bunun müqabilində Ermənistan Respublikası artıq mövcud olmayacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*