Bu ərazi işiqsız qalacaqbackend

Bu ərazi işiqsız qalacaq

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Bakıxanov qəsəbəsini qidalandıran 10 kV-luq hava xətlərindən bəzilərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 17:00-dək qəsəbənin Şamil Kamilov, Mahir Əmirov, Sülh, Ramiz Qəmbərov, Ruhulla Axundov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*