Bu ərazidə su borusu partladı, yol çökdü – VİDEObackend

Bu ərazidə su borusu partladı, yol çökdü – VİDEO

Hövsan qəsəbəsi “Mida-2” yaşayış kompleksində su borusu partlayıb.

KONKRET.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, sakinlər Baku.ws-ə bildirib ki, eyni problem iki gündən bir təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.

Vətəndaşlar deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur: “Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib: “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində istismar qaydalarına uyğun işlər görülür”.

Screenshot 3
Screenshot 4
Screenshot 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*