Bu erməni qadına Rusiyada böyük nifrət var – Romella Mnaçakanyan: “Putin sadəcə qorxaqdır”backend

Bu erməni qadına Rusiyada böyük nifrət var - Romella Mnaçakanyan: “Putin sadəcə qorxaqdır”

“O, Ermənistanı da Türkmənistana çevirmək istəyir”

KONKRET.AZ xəbər verir ki, tanınmış erməni jurnalisti Romella Mnaçakanyan Rusiyanı ciddi ittiham edib. O vurğulayıb ki, Rusiya hələ də Ermənistanla təhdid və şantaj dilində danışmağa üstünlük verir.

Rusiya tərəfi ölkəmizin rəhbərliyi ilə dialoqda səhv ton seçib, – deyən yazar qeyd edib ki, Rusiya o qədər münasibətlərdə kobudluğa meyllidir ki, Putin Robert Koçaryanın həbsi ilə bağlı ölkəmizə ciddi təzyiq edir: “Bu bizim daxili işimizdir və Koçaryanın taleyinin nə olacağını özümüz qərar veririk. Bu açıq və ümumi həqiqətdir, amma Putin buna məhəl qoymur”.

Rəsmi olaraq Rusiya hökuməti, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putin hətta Yakut şamanından belə qorxur. Daha vacib olan odur ki, hamı bu siyasətçinin əsl simasını gördü. O, sadəcə qorxaqdır.

Jurnalist ironiya ilə vurğulayıb ki, Putinin nə istədiyi aydındır. Rusiya və Ermənistan Türkmənistan kimi olsun. “Artıq altı gündür Prezident Qurbanqulu Berdiməhəmmədovun “Türkmən Alabay” adlı yeni kitabının nəşrinə həsr olunmuş mərasimlər davam edir. Putin Rusiyanın Türkmənistan olmasını istəyir. Ermənistanı da Türkmənistana çevirmək istəyir.

Romella Mnaçakanyan daha sonra sözünü belə yekunlaşdırıb:Koçaryan məsələsi Putinin bu mübarizəsində yalnız bir epizoddur. Məqsədinə çatmaq üçün şantaj etməyə və respublika rəhbərliyinə təzyiq göstərməyə davam edəcək. Ancaq bundan heç nə olmaz. Çünki ermənilər rus deyil, üstəlik türkmənlər deyillər. Biz Avropa demokratiya ənənələrinə sahib bir xalqıq. Və artıq yolumuzu seçmişik.

Qeyd edək ki, Rusiyada bu erməni jurnalist xanımı sevmirlər. Onun Rusiya dövlətinə qarşı kəskin çıxışları zaman – zaman mediada işıqlandırılıb. Bir politoloq kimi o, rus imperializminə qarşı dərin nifrətini belə gizlətməyib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*