“Bu, ermənilərin növbəti ümummilli biabırçılıq səhnəsi idi”.
KONKRET.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan telegram kanalda yazıb.
O bildirib ki, dünən Qarabağa gedən yolda baş verənlər növbəti ümummilli biabırçı səhnə idi.
“Dünən Ermənistandan Qarabağa gedən yolda daha bir ümummilli biabırçılıq səhnəsi oldu. Düşmən soydaşlarımızın sənədlərini və erməni dövlət nömrə nişanlı avtomobilləri yoxladı.
Ermənistanın və bizim ermənilərin bu cür alçaldılmasını ən pis yuxularda belə görmək mümkün deyildi. Bu biabırçılığın sonu, təəssüf ki, görünmür…”,- deyə Voskanyan təəssüflənib.
Xuraman Etibarlı,
KONKRET.az