Bu ermənilərin Rusiyaya girişi QADAĞAN EDİLDİbackend

Bu ermənilərin Rusiyaya girişi QADAĞAN EDİLDİ

“Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan, Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan və iş adamı Manvel Qazaryanın Rusiyaya girişi qadağan edilib”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyapərəst erməni bloger Mika Badalyan öz Telegram kanalında paylaşım edib.

O bildirib ki, bunlar Rusiyaya girişi qadağan edilənlərin böyük siyahısından sadəcə sonuncu şəxslərdir. Bu adlarda təəccüblü heç nə yoxdur.

“Andranik Köçəryan hakimiyyət naminə hər şeyə hazır olan bir məxluqdur. O, mütəmadi olaraq Rusiyaya qarşı çıxışlar edir. Tiqran Xzmalyan isə ona masanın üstündən qalan qırıntıları atan Qərbə rəğbət bəsləmək cəhdləri ilə insani görkəmini tamamilə itirmiş Soros əclafıdır. Bu pislik bir neçə dəfə Moskvadakı dəhşətli terror aktını ələ salıb. Manvel Kazaryan isə Paşinyanın əsas sponsorlarından biridir. Mənə elə gəlir ki, onun şirkətinin məhsullarının Rusiyaya idxalı getdikcə çətinləşəcək”, – Badalyan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

  • Haller
    Aprel 12, 2024 - 02:16

    İsgalcilarin olkesine kim getmek isteyer?!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*