“Bu fikir bizi yandırıb-yaxdı”backend

"Bu fikir bizi yandırıb-yaxdı”

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində mərhum atası ilə bağlı xatirəsini bölüşüb.

KONKRET.az xəbər verir ki, o, valideyninin ölümündən əvvəl 60 illik yubileyinin qeyd olunmasını arzuladığını bildirib:

“Atam 1995-ci ildə dünyasını dəyişib. Vəfatından əvvəl dedi ki, mənə 60 illik yubiley məclisi edin. Biz də dedik ki, 60 yaşa hələ çox var. Dedi ki, mən o qədər yaşamaram. Doğrudan da yaşamadı. Çox təəssüfləndik, gərək ona erkən ad günü edərdik. Bu fikir bizi yandırıb-yaxdı ki, atamın istəyini reallaşdırmadıq. Çünki bilmədik ki, ölümü qəfil gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*