Rus mediasında yayılan bu foto Kremlin alman imperialızmi ilə müqayisəsini və digər sətiraltı məqamları özündə əks etdirir.
KONKRET.az xəbər verir ki, həmin şəkil “22 iyun 1941-ci ilin səhəri” adlanır. Ön planda gənc cütlük hələ də yatır, lakin balaca uşaq həyəcanla gözlərini artıq açıb… Pəncərədən kənarda təyyarələr uçur, zəncirdə olan it ulayır. Yaşlı qadın dinc yatmış şəhərlərə ölümcül mərmilər atmağa hazır olan bütöv bir bombardmançı təyyarələrə baxaraq donub qalıb…
Tarix unudulmur, amma keçmiş bizə heç nəyi öyrətmir.
Əgər 1941-ci ildə almanlar Kiyevi bombalayırdısa, indi də ruslar bu şəhərləri yerlə-yeksan edir.
Tarixdən bəllidir ki, iyunun əvvəlində səhər saat 03:55-də başlayan müharibə alman faşizminin məğlubiyyəti ilə başa çatıb. Artıq bütün dünya Rusiya-Ukrayna müharibəsində rus imperializminin əbədi məğlubiyyətini səbirsizliklə gözləyir.
Xatırladaq ki, 1941-ci ildə almanlar səhər saat 03:15-də Sovet İttifaqı ərazisinə qəfildən soxuldular. Adolf Hitlerin nizami ordusu Kiyev, Jitomir, Qrodno, Brest, Lida, Sevastopol və digər şəhərləri amansızcasına bombalamışdı… Yaşayış məntəqələri, hava limanları, aerodromlar yerlə yeksan olmuşdu.
Ötən ilin fevral ayında isə putler hakimiyyəti Ukraynaya elan olunmamış müharibəyə başladı. İnanırıq ki, rus faşizmi qəhrəman Ukrayna xalqı tərəfindən darmadağın ediləcək.
Hazırladı: Natiq Səlim,
KONKRET.az