Bu gecə metronun iş vaxtı bir saat uzadılacaq – RƏSMİbackend

Bu gecə metronun iş vaxtı bir saat uzadılacaq - RƏSMİ

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib.

KONKRET.az xəbər verir ki, şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.

Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.

Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*