Azərbaycanda özlərini qatı müxalifət adlandıranların iç üzü zaman-zaman açılır. Son illərə nəzər yetirsək, onların ifşası II Qarabağ savaşı dövründə bir daha qabardı. Belə ki, Azərbaycandakı siyasi partiyalar erməni işğalına qarşı birgə bəyanatla çıxış edərkən AXCP və Müsavat bu təşəbbüsə qoşulmadı. Hər halda Müsavat başqanı olan Arif Hacılı bu addımını daha əvvəl oxşar bəyanat yaydıqları ilə izah etdi. AXCP lideri Əli Kərimli isə səbəbsiz formada kənarda qaldı.
KONKRET.az xəbər verir ki, Kərimliçilər bunu radikal müxalifətçiliklə izah edirlər və onların fikrincə, heç nəyə görə iqtidarla həmrəy olmaq olmaz.
Qarabağın azad olunması da bu siyahıda idi!
Xatırladaq ki, Qarabağın işğal olunmasına şərait yaradan da elə AXCP-Müsavat cütlüyünün ölkədə yaratdığı xaos, hakimiyyət uğrunda mübarizəsi olub. Bu faktı nəzərə alanda onların Qarabağın işğalda olması və ya azad edilməsinə laqeydliyini başa düşmək olur. Amma qəbul etmək çətindir. Onların Rusiya, İran və Qərb tərəfindən dəstəklənməsinin əsas səbəbi də məhz budur:
“Qarabağda qondarma erməni rejimi yaradılsın”.
Yəni Əli Kərimli, Arif Hacılı və siyasətdən getmiş qılığına girən İsa Qəmbər Azərbaycanda Saakaşvili ssenarisinə çalışırlar. Mixeilin Gürcüstanda asdığı demokratiya bayrağı Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən ilhaqına, yaxud həmin zonaların qondarma “müstəqilliyinə” gətirib çıxartdı. Əlbəttə ki, Bakı bunu Tbilisidən daha əvvəl, I Qarabağ müharibəsində qismən yaşadı. O vaxt da indi həyatda olan keçəl ilə “çolka”lı mərhum saqqalının beynini doldurub Azərbaycanı soyqırım və işğalla üz-üzə qoyan qərarlar verməyə məcbur etdilər. Sadəcə, Elçibəy hökuməti gec də olsa, əhatəsindəki səlahiyyətlilərin nə yuvanın quşu olduğunu anladı. Ona görə də kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Çünki həmin situasiyadan qurtulmaq mümkünsüz görünürdü, lakin milli lider bunu bacardı. Heydər Əliyev sapı özümüzdən olan baltaları bütün siyasi oyunlardan kənarda qoydu. Bununla da Əli Kərimlinin, İsa Qəmbərin əsl xisləti bütün millətə məlum oldu. Miqyaslı ifşalardan sonra Kərimli dəstəsinin bir daha qəmbərqulu olmayacağı məntiqli idi. Amma…
“Qozbeli qəbir düzəldər”!
Ötən ilin sentyabr hadisələrində onlar bütün eybəcərlikləri ilə növbəti ermənipərəstlik sərgilədilər. Şanlı ordumuzu erməni təxribatçılarla qəddar davranmaqda günahlandırdılar. Bu yaxınlarda isə ermənilərə əsir düşən iki əsgərimizin başına gətirilən müsibətlərə görə ruhları da incimədi. İrəvanda bayrağımız yandırıldı, bunların sevincdən gözləri işıldadı. Çünki əqidə yoxluğundan əziyyət çəkirlər. Onları nə millət, nə qeyrət, nə dövlət düşündürür. Ağıllarındakı təkcə hakimiyyətdir! Bu məkirli planın gerçəkləşməsi üçün onlar torpaqları da verməyə, Qarabağı narkotik plantasiyasına çevirməyə, millətin çipləşdirilməsinə, eynicinsli nikaha, kişilərin axtalanmasına, bir sözlə ən iyrənc şərtlərə razıdırlar. Bəli, İsa Qəmbərlə Əli Kərimli QİÇS tipli viruslardır. Əfsus ki, daşıyıcıları, törəmə, mutasiya olunmuş növləri hələ də qalmaqdadır. Söhbət yalnız onların təsirində böyümüş övladlarından getmir, azsaylı tərəfdarları da var.
İlkin Qəmbərlə Məryəm Paşinyanın toyu olacaq?
İlkin İsa Qəmbərin böyük oğludur, Məryəm isə Paşinyanın qızıdır. Onları bağlayan ilk bağ atalarının keçəl olmasıdır. Amma İlkin bununla kifayətlənmək istəmir və erməni təəssübkeşliyi çəkməklə nikah diplomatiyasına əl atmaq fikrindədir. Sadəcə, İsa Qəmbər siyasətdə olmadığı üçün Paşinyan onun oğluna çətin qız verər. Bunu dərk edən ata-bala Baydenin beyninə qondarma “erməni soyqırımı”nı salan Kim Kardaşyanla maraqlanmağa başlayıblar. Yəqin İlkin Qəmbərin qondarma genosid paylaşımları, ermənilərə görə kədərlənməyi Kardaşyanla qardaşlaşmaq, sirdaşlaşmaq, həyatdı da, yoldaşlaşmaq niyyəti güdür. Əslində onları birləşdirən ikisinin də əqidəsizliyidir. Amma İlkinə baxmış Kim Kardaşyan abırlıdır. Çünki erməni pornoulduz 1 milyona bədənini satırsa, azərbaycanlı müxalifətçi min dollara vətənini peşkəş edir.
Qeyd edim ki, Qəmbərgil əslən Füzulinin Kürdlər kəndindəndir. Həmin kənd 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. I Qarabağ savaşında ermənilərin qətliama məruz qoyduğu həmkəndlilərinə ağlamayan İlkin ermənilər üçün hönkürür. Bəli, alma almaya bənzər. Sadəcə, atası kimi bu almanın da içi çürükdür.
Bəlkə də İsa Qəmbər stolüstü tenisdən, Əli Kərimli də hüquq müəllimliyindən siyasətə keçməsəydilər, XX əsrdə Qarabağ işğal olunmazdı və XXI əsrdə Bütöv Azərbaycan şüarlı başqa zəfərlərə sevinərdik.
KONKRET.az-ın Analitik Qrupu