Bu genetik xəstəlik neandertallarda da aşkar edildi – MARAQLIbackend

Bu genetik xəstəlik neandertallarda da aşkar edildi - MARAQLI

Neandertal uşağının qalıqlarının tədqiqi zamanı Daun sindromunun əlamətləri aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu haqda elmi araşdırma “The Guardian”a dərc edilib.

Nəşr yazır ki, bu, insanların hələ də əziyyət çəkdiyi genetik xəstəliyin yayılmasının ən qədim sübutudur.

Alimlər hələ 1989-cu ildə neandertalların 273-146 min il əvvəl yaşadığı İspaniyanın Valensiya əyalətində tapılan qalıqlarını araşdırıblar.

Alimlərin Tina adlandırdıqları 6 yaşlı neandertal uşağın kəllə qalıqları yarımdairəvi kanallarda anormallıqlar – tarazlığı və başın vəziyyətini tənzimləyən üç kiçik boru aşkar edib. Tinanın daxili qulağında olan spiral ölçü də normal deyil.

Uşağın keçdiyi patologiya karlığa, şiddətli başgicəllənməyə və tarazlığı qoruya bilməməyə səbəb olub.

“Tinanın kəşfi daun sindromunun ən qədim məlum hadisəsidir və müasir insanlar arasında müşahidə olunan fərqlərin tarixdən əvvəlki dövrlərdə artıq mövcud olduğunu nümayiş etdirir”, – tədqiqatçı əlavə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*