“Bu gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var?” – Paşinyanbackend

“Bu gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var?” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında çıxış edərkən dövlət rəmzləri ilə bağlı tənqidi açıqlamalar verib.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidliyinin olmadığını deyib.

Paşinyanın sözlərinə görə, gerbin mərkəzində təsvir olunan Ağrı dağı ilə Nuhun gəmisinin 90-cı illərdə qurulan dövlətə heç bir aidiyyatı yoxdur:

“Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda düşünürəm ki, bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*