Bu görüşümüzdən sonra Əmrullayev nazir təyin edildibackend

Bu görüşümüzdən sonra Əmrullayev nazir təyin edildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı elm və təhsil naziri Emin Əmrullayevlə bağlı çox maraqlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Harmancı Bakupost-a müsahibəsində 2020-ci ildə COVİD-lə bağlı yaradılan Operativ Qərargahda Emin Əmrullayevlə birgə çalışdığını xatırladıb.

O bildirib ki, tanışlıqlarından bir-iki həftə sonra E.Əmrullayev nazir təyin edilib (E.Əmrullayev 27 iyul 2020-ci ildə nazir vəzifəsinə gətirilib – red.).

E.Əmrullayevin Harmancını təsirləndirməsinin səbəbi isə Operativ Qərargaha kovidlə bağlı məlumatların küçə-küçə gəlməsi olub. Belə ki, bütün dəqiq statistika mərkəzdə cəmləşib və E.Əmrullayev bütövlükdə Bakını deyil, virusun yayıldığı küçələri qapatmağı təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*