Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcəkbackend

Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.

KONKRET.az report-a istinadən xəbər verir ki, Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışların mükafatçılarına aydınlıq gələcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*