“Bu gün Azərbaycanla Nikol, Serj deyil, yalnız Robert Koçaryan bacara bilər”backend

"Bu gün Azərbaycanla Nikol, Serj deyil, yalnız Robert Koçaryan bacara bilər”

“Hakimiyyətdə möhkəmlənmiş və güc institutlarını özünə tabe etmiş hökuməti yıxmaq asandır, yoxsa bir qrup evsizin hakimiyyətə gəlməsinin qarşısını almaq? İndi Respublikaçılar Partiyası (lideri Serj Sarkisyan) Nikolu uzaqlaşdıracağını bəyan edir. Kim buna inanır?! Məgər onlar Nikolu ğzləri hakimiyyətə gətirməyib?”

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu sözləri erməni siyasətçi Aram Arutyunyan bildirib. O daha sonra fikirlərini belə davam etdirib: “Olmazdımı ki, baş nazir postuna Sarkisyanı yox, başqa namizəd irəli sürsünlər, sonra Nikol öz İcevanına avtobusla gedəydi? Serj Sarkisyan Koçaryanın hakimiyyətə gəlməməsinə görə Nikola dözməyə hazırdır. Siz başa düşmürsünüz ki, bizə danışıq aparan və siyasi cəhətdən ağır çəkidə olan şəxs lazımdır. Bu gün Azərbaycanla Nikol, Serj Sarkisyan deyil, yalnız Robert Koçaryan bacara bilər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*