Bu gün buraxılış imtahan varbackend

Bu gün buraxılış imtahanı var

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, bu gün 24312 nəfər imtahan verəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qeyd edək ki, 18 və 19 iyun tarixlərində respublikanın 38 şəhər və rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

İyunun 18-də keçiriləcək imtahanlarda 24312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19455 nəfər olmaqla, ümumilikdə 43767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*