Bu gün DİM imtahanlar keçirirbackend

Bu gün DİM imtahanlar keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının birinci mərhələsi keçirilir.

DİM-dən KONKRET.az-a verilən məlumata görə, aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb. Hər iki imtahanın müddəti 3 saatdır.

İmtahanları DİM-in saytındakı keçid vasitəsilə canlı izləmək mümkündür (imtahan müddətində).

Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*