İsrail nümayəndə heyəti girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə gəlib.
KONKRET.az xəbər verir ki, bunu Netanyahunun ofisinin müşaviri TASS-a bildirib.
Netanyahunun ofisinin müşaviri bildirib ki, Dohada İsrail nümayəndə heyətinin iştirakı ilə Qəzzadakı girovlarla bağlı danışıqlar yanvarın 12-də başlayacaq.