Şabran şəhəri yaxınlığında aparılan arxeoloji tədqiqatlar nəticəsində Erkən Tunc dövrünə aid olan tarixi nümunələr aşkar edilib.
KONKRET.az xəbər verir ki, həmin tədqiqatlar ərazinin Şəhərgah adlanan hissəsində aparılır.
Tapılan tarixi nümunələr Şabran və ətrafındakı ərazilərin 3000 ildən çox tarixə malik olduğunu göstərir.
Həmin tarixi nümunələrin Sasani hökmdarı Qubad tərəfindən qoyulduğu bildirilib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
KONKRET.az
Şabranın zəngin tarixi və 2000 illik mirası ilə qürur duyuruq. Lakin təəssüf ki, belə bir tarixi məkanın bu gün cəmiyyətə layiqincə tanıdılması üçün yetərli səviyyədə iş aparılmadığını görürük.
Vüsalə Bədirova (Cıraqqala-Şabran Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizəçisi) kimi bir şəxsin bu vəzifədə olması təəccüb doğurur. Təəssüf ki, bu şəxs nəinki rəhbərlik qabiliyyətinə, hətta tarixi-mədəni irsi idarə etmək üçün lazım olan minimum savad və bilik səviyyəsinə malik deyil. Onun fəaliyyəti göstərir ki, nə Şabranın tarixi əhəmiyyətini anlayır, nə də bu əhəmiyyətli məkanı beynəlxalq səviyyədə tanıtdıra biləcək peşəkarlığı var. Hətta ən sadə cümlələri belə düzgün şəkildə ifadə edə bilməməsi onun bu mövqedə olması ilə bağlı ciddi suallar yaradır. Necə olur ki, belə bir şəxs, 2000 illik tarixi olan bir məkana rəhbərlik edir? Bu, həm Şabranın, həm də bütün Azərbaycanın tarixi irsinə qarşı hörmətsizlikdir.
Biz, mədəniyyət və tarixə sevgi ilə yanaşan vətəndaşlar olaraq, əlaqədar dövlət orqanlarına müraciət edirik: Şabranın 2000 illik tarixini qorumaq və layiqincə təmsil etmək üçün daha peşəkar, savadlı və məsuliyyətli kadrların təyin olunmasını tələb edirik.
Belə şəxslər qədim tariximizi və mədəni irsimizi yalnız məhv edə bilər, tanıdaraq qoruya bilməz.
Bu sahəyə diqqət yetirilməli və Azərbaycanın zəngin mədəni-tarixi mirası layiq olduğu dəyəri almalıdır. Tariximizi sevərək, hörmətlə və ehtiramla.