backend

Bu gün güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşlərinə yekun vurulacaq

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına bu gün sərbəst güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşləri ilə yekun vurulacaq.

KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü final qarşılaşmasına çıxacaq. Artıq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Şərif Şərifov (97 kq) rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayevlə üz-üzə gələcək.

Qeyri olimpiya çəkisində isə Cəbrayıl Həsənov (79 kq) ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.

Dünya çempionatı

22 sentyabr

79 kq

FİNAL. Cəbrayıl Həsənov – Kayl Deyk (ABŞ)

97 kq

FİNAL. Şərif Şərifov – Abdulrəşid Sadullayev (Rusiya)

Qeyd edək ki, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də “Tokio-2020″yə lisenziya qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*