Bu gün həm də peşəsinə xəyanət edənlərin bayramıdırbackend

Bu gün həm də peşəsinə xəyanət edənlərin bayramıdır

Elman Məmmədov, jurnalist

Düz 144 il əvvəl görkəmli publisist, ziyalı, maarifçi Həsən Bəy Zərdabinin “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə milli mətbuatın təməli qoyuldu! Öz dövrü üçün xalqın maariflənməsində, aydınlanmasında cəmiyyətimizə, millətimizə çox böyük faydalar verib bu kişi. Çünki dahi Zərdabi jurnalistikanin təməl prinsiplərinə riayət edib və qoyduğu məktəb də bu yolu gözləyib, qoruyub. Bəs bu təməl prinsiplər nədir? Jurnalistin peşə etikası adlanır bunlar: 1. Həqiqəti söyləmək, yazmaq, göstərmək,haqqın yanında olmaq, 2. Araşdırma aparmaq, 3. Nöqsanları üzə cıxarmaq, 4. Hakimiyyət üzərində ictimai nəzarəti həyata keçirmək, 5. Cəmiyyətə yenilikləri çatdırmaq.

Bəs, gəlin görək müasir jurnalistikamız peşə etikasına riayət edirmi? Əsla! Hətta əksinə gedir! Nə ilə məşğuldu jurnalistikamız? Yalan yaymaq, yazmaq, paylaşmaq, cəmiyyətdə ictimai çaşqınlıq yaratmaq, məddahlıq etmək. Bu sadaladıqlarımın hamısının bir adı var – peşəyə xəyanət. Peşəsinə xəyanət edən isə Vətəninə xəyanət etmiş qədərdir! Çünki Vətən xaini tək ön cəbhədə düşmənə məlumat ötürən hərbçi deyil, bu, peşəsinə xəyanət edən müəllim də ola bilər, həkim də, polis də, diplomat da və ilaxır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*