Bu gün Milli Qəhrəman Riad Əhmədov dəfn ediləcəkbackend

Bu gün Milli Qəhrəman Riad Əhmədov dəfn ediləcək

30 ildən sonra – bu ilin sentyabrında Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun dəfn mərasimi keçirləcək.

KONKRET.az xəbər verir ki, bu gün saat 10:00-da DTX-ın Mədəniyyət Mərкəzində Milli Qəhrəmanla vida törəni keçiriləcək.

Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Onun nəşi 30 ildən sonra 2023-cü ilin sentyabrında Daşaltı ətrafındakı axtarışlar zamanı tapılıb.

Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*