Bu gün vəzifəsindən azad edilən İlqar Abbasov kimdir? – DOSYEbackend

Bu gün vəzifəsindən azad edilən İlqar Abbasov kimdir? – DOSYE

Xəbər veridyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

KONKRET.az İlqar Abbasovun dosyesini təqdim edir:

Abbasov İlqar Rza oğlu 11 aprel 1975-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub

O, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

İlqar Abbasov 25.11.1996-cı il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, o cümlədən, Baş prokurorun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Bakı şəhər prokuroru kimi vəzifələrdə çalışıb.

05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.

15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*