Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaqbackend

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Azərişıq ASC-dən KONKRET.az-a verilən məlumata görə, isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün gücləndirmə işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 16:00-dan saat 19:00-dək Qaçaq Nəbi, Lütfizadə, Məzahir Rüstəmov və Sarayevo küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*