Bu günki görüşdə bəzi məsələlərin icra mexanizmi dəqiqləşdiriləcək – Fenenkobackend

Bu günki görüşdə bəzi məsələlərin icra mexanizmi dəqiqləşdiriləcək - Fenenko

“İndi birincisi, razılaşmanın son iki ayda necə həyata keçirildiyi barədə bir-birlərini məlumatlandırmaq, ikincisi, gələcəkdə bu anlaşmanı daha işlək vəziyyətə gətirmək üçün bu görüş çox vacib idi. Müqaviləni pozmaq üçün davamlı cəhdlər edildiyini, Ermənistandakı bəzi siyasətçilər tərəfindən bu sənədin müddəalarının ləğv edilməsinə icazə verilməsi ilə bağlı ritorikanın durmadan artdığını gördük”.

KONKRET.az xəbər verir ki, bu fikirləri  Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsi Beynəlxalq Təhlükəsizlik Bölməsinin dosenti Aleksey Fenenko bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü şərh edərkən deyib.

Fenenko əlavə edib ki, “Buna görə də bugünkü danışıqların mərkəzində heç bir yeni razılaşma olmayacağını, əksinə mövcud sülh şərtlərinin daha aydın şəkildə yerinə yetirilməsinin müzakirəsini gözləyirik. Bu gün həm Rusiya prezidenti, həm də Azərbaycan prezidenti Nikol Paşinyanı Ermənistanın qanuni lideri kimi tanıdıqlarını və onunla daha fəal dialoq aparmağa hazır olduqlarını nümayiş etdirirlər. Bəlkə də bu, Ermənistanı radikal qüvvələrin hakimiyyətinə gəlməməsinə kömək edəcək”.

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*