Nə üçün ölkəmizdə insanlar sığorta şirkətlərinə çox az etimad göstərirlər? Sığorta bazarını necə inkişaf etdirmək olar? Daşınmaz əmlakın sığortası məcburidirmi? Problem nədədir? İnamsızlıq, yoxsa maddi çətinlik?
Bu və digər suallar ətrafında sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov KONKRET.az-ın suallarını cavablandırıb. Bildirib ki, dünya praktikasına əsasən, sığorta mədəniyyətinin formalaşdırılmasının iki yolu mövcuddur. “Birinci yol maarifləndirmə, ikinci yol isə icbari sığorta vasitəsilə insanların sığorta vərdişlərinə alışdırılmasıdır. Azərbaycanda bu gün daha çox tətbiq edilən sığorta növü nəqliyyat vasitələri ilə bağlıdır”.
Mütəxəssis vurğulayıb ki, ölkəmizdə avtomobillərin sığortası məcburi olduğundan artıq nəqliyyat sığortası effektiv şəkildə işləkdir. “Lakin əvvəllər avtomobillərin sığortasına da əhali arasında inam çox az idi. Zamanla nəqliyyat sığortasının məcburi şəkildə tətbiqindən sonra bu sahədə müsbət irəliləyişlər əldə olunmaqdadır”.
İlkin Nəcəfov hesab edir ki, Azərbaycanda sığorta sektorunun aktuallaşması əhalinin maddi rifah halından asılıdır. Ekspertin fikrincə, ölkəmizdə sığorta mədəniyyəti müəyyən vaxt kəsiyindən sonra mümkün ola bilər. O, həmçinin bildirib ki, notarial əqdlərdə icbari sığorta olmadan daşınmaz əmlakların alqı-satqısı mümkün deyil.
“Qeyri-yaşayış sahələrinin sığortasının məbləği isə yaşayış sahələri ilə müqayisədə dəfələrlə yüksəkdir”, – deyə İlkin Nəcəfov qeyd edib.
Bünyamin Bünyadzadə,
KONKRET.az
Necə illərdir siqirta etdirmişəm,könüllü.siqorta hadisəsi baş verdi,4-5 dəfə baxıldı,bütün instansiyalara keçildi,hesab açıldı,iki ildir yoxdur.cavab müvafiq icra hakimiyyəti …..bax o müvafiq mane olur bu işlərə.təəssuf ki o bilinmir hansı icradır .