“Manipulyasiya etməyin və cəmiyyətdə yanlış fikir formalaşdırmayın”.
KONKRET.az xəbər verir ki, bunu Paşinyanın partiyasından olan deputat Hasmik Akopyan jurnalistlərə müraciətində deyib.
O bildirib ki, Baş nazirin sözlərini belə şərh edəndə cəmiyyətdə yanlış fikir formalaşır.
“Paşinyan deyib ki, əgər müxalif mediada yazılanları oxusa, o zaman onların hamısını padvala salmalı olacaq. Ancaq təkcə bununla da kifayətlənməyəcək, onları meydanda asmaq lazım gələcək. Ona görə də, baş nazir mediada yazılanları oxumadığını və görməzdən gəldiyin i bildirib. Ancaq media onun sözlərini cəmiyyətə təhdid kimi təqdim edib və konteksindən çıxarıb. Bu, yolverilməzdir. Bu gün bizə qarşı ən çox yayılan ittiham odur ki, keçmiş quldurlar ( Robert Köçəryan və Serj Sərkisyan – red) niyə həbsdə deyillər? Baş nazir bu məsələ ilə bağlı həqiqəti deyib”, – erməni deputat vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az