Bu içkilər şəkər xəstəliyi yaradırbackend

Bu içkilər şəkər xəstəliyi yaradır

Süni şirinləşdirici ilə hazırlanan “zero” içkilərin sağlamlığa təsiri ilə bağlı yeni elmi müzakirələr gündəmdədir.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmalar bu içkilərin qısa müddətdə qan şəkərini artırmasa da, uzunmüddətli istifadənin tip 2 diabet riskini artıra biləcəyini göstərir.

Mütəxəssislərin sözlərinə görə bu içkilərin tərkibindəki aspartam, sukraloz və digər şirinləşdiricilər bağırsaq mikroflorasına mənfi təsir göstərə bilər. Bu da maddələr mübadiləsinin pozulmasına və insulinə qarşı həssaslığın azalmasına səbəb ola bilər.

Bəzi tədqiqatlar “zero” içkilərdən mütəmadi istifadə edən şəxslərdə piylənmə və diabet riskinin artdığını ortaya qoyub. Lakin alimlər bildirir ki, bu nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir.

Qeyd edək ki, mütəxəssislər sağlamlıq üçün ən uyğun seçim olaraq su və şəkərsiz təbii içkiləri tövsiyə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*