Bu iki ölkə birgə hərbi təlimlər keçirəcəkbackend

Bu iki ölkə birgə hərbi təlimlər keçirəcək

Neytral statusa malik İsveçrə və NATO üzvü olan İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Məlumata görə, İsveçrə ordusu İtaliyaya ümumilikdə 50 hərbi qulluqçu göndərəcək.
Qeyd edilir ki, təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*