Bu il 46 min nəfərə əlillik təyin edildibackend

Bu il 46 min nəfərə əlillik təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 45,5 min şəxsə əlillik təyin edib.

Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*