İranda hakimiyyət orqanları 2023-cü ildə 209 nəfəri edam edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani brifinq zamanı bildirib.
“BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk bu il İranda edamların sayının hədsiz çox olması ilə bağlı narahatlığını bildirib”, – o deyib.
Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib.
Onun sözlərinə görə, məhkumların əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.
İqbal Rzayev,
KONKRET.az