“Bu, İran cəmiyyətini parçalayacaq, ardınca isə…” – ŞOK DETALLARbackend

"Bu, İran cəmiyyətini parçalayacaq, ardınca isə..." - ŞOK DETALLAR

Son günlər İran mediasında ölkənin təhlükəsizlik orqanlarının zəif fəaliyyətinə dair ciddi tənqidlər səslənir. Bu vəziyyət ölkə daxilində siyasi balansı necə təsirləndirə bilər?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, 12 günlük müharibə zamanı İsrailin İranda casus şəbəkəsi saxlaması, hətta ölkə daxilində dron istehsalı ilə məşğul olan sexlərin mövcudluğu təhlükəsizlik qurumlarının fəaliyyətindəki ciddi boşluqları üzə çıxarıb.

Vaşinqton görüşü tərəflər arasında sülhə doğru mühüm addımdır - Taleh Əliyev  | news365.az

“Bu mövzunun hazırda İran mediasında geniş müzakirə olunması müharibədən sonra ölkə daxilində müəyyən sabitliyin yaranması ilə bağlıdır. Lakin bu sabitlik eyni zamanda təhlükəsizlik orqanlarının fəaliyyətinə dair ittihamların da qızğın şəkildə gündəmə gəlməsinə səbəb olub. İranın təhlükəsizlik strukturları ittihamlara cavab verməkdə çətinlik çəkir. Bu, onların məsuliyyətinə daxil olan məsələlərin yenidən qabardılmasına çalışan dairələrlə təhlükəsizlik qüvvələri arasında gərginliyi artıracaq. Belə bir proses isə ölkə daxilində sabitliyə töhfə verməyəcək, əksinə, cəmiyyətdə parçalanmanı gücləndirəcək”, – deyə Taleh Əliyev vurğulayıb.

Politoloq hesab edir ki, İsrail və İran arasında növbəti müharibənin baş vermə ehtimalı hələ də yüksəkdir. Bu şəraitdə təhlükəsizlik orqanlarının fəaliyyətinə dair daxili müzakirələrin başlanması İran üçün gələcəkdə ciddi risklər vəd edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*