“Bir neçə il öncə ölkəmizdə WinFi adlı bir startap vardı. Onun mahiyyəti məhz 100% “Şərikli internet” idi”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında paylaşımında qeyd edib.
“WinFi məhz öz WiFi şəbəkəsini digərləri ilə paylaşıb pul qazanmaq istəyənlər üçün nəzərdə tutulmuşdu. Onun sahibləri, məsələn taksilər üçün Uber-in yaratdığı kimi bir platforma, öz internetini bölüşmək istəyənlər üçün- WinFi platforması yaratmışdılar. Platformaya daxil olan şəxs, həmin ərazidə digərlərinin paylaşdığı WiFi –userləri görürdü və cüzi ödəniş etməklə ona qoşulurdu.
Birdən ağlıma gəldi ki, aşağı sürətlər üçün seçim imkanının olmadığı indiki zamanda bu tip startaplar yaransa, bu işdə az da olsa çörək var. Uğurlu startaplar həmişə ehtiyacdan, tələbatdan yaranır”.
Aygün Mirakif,
KONKRET.az