Bu jestlərlə qarşılaşsanız, bilin ki, sizi SÖYÜRLƏR – FOTO/18+abackend

Bu jestlərlə qarşılaşsanız, bilin ki, sizi SÖYÜRLƏR - FOTO/18+

Nitq və eşitmə qabiliyyəti tam məhdud insanların özünəməxsus ünsiyyət forması var. Onlar bir-birini anlamaq üçün əsasən jestlərdən, əl hərəkətlərindən istifadə edirlər. Onlar kiməsə acıqlananda söyüşləri də bu yolla bildirirlər.

KONKRET.az olaraq bu informasiyanı bölüşməkdə məqsəd daha öncə belə təhqirlərdən xəbərsiz şəxsləri nitq qabiliyyəti tam məhdud vətəndaşlarla mübahisə, dava-dalaşa təhrik etmək deyil.

Sadəcə, gündəlik təmas zamanı bədən dili barədə kasad biliyə sahib insanlar özləri də bilmədən hansısa əl hərəkəti ilə qarşısındakı nitq-eşitmə məhdudiyyətli şəxslərin xətrinə dəyə bilərlər. Çünki nəyisə soruşmaq, yaxud izah etmək istərkən əl hərəkətlərindən istifadə edilir. Sən demə, müəyyən jestlərdə diqqətli olmalıyıq. Loru dildə desək, yoxsa qan düşər.

Qeyd edək ki, amerikan, rus , fransız jest dilləri eyni qrupa daxildir və burada təqdim olunan fotolardakı hərəkətlər əksər ölkələr üçün aktualdır.

1. Murdar, iyrənc və s.

2. Lazımsız bir şeyin söyüşlü variantı

3. Nəcis

4. Oral sekslə məşğul olan

5. Qancıq

6. İylənmiş

7. Ağızın murdarlamış

8. Qanunsuz doğulan

9. Nəcis tör-töküntüsü

10. Şeytan

11. Gicbəsər

12. Alçaq-axmaq

13. Fahişə

14. Başında nəcis daşıyan, beyinsiz

15. Pozğun qadın
Hərəkətlərin anlamlarını maksimum dərəcədə normal sözlərlə ifadə etməyə çalışdıq. Siz isə bu jestlərin ən pis formada təhqir olduğunu bilin ki, belə səhvlərə yol verilməsin.

Xatırladım ki, Bakı şəhərində İsveçrə siqareti kimi tanınan tütün məmulatlarının çoxunu nitq və eşitmə qabiliyyəti tam məhdud insanlar satır. Bu isə o deməkdir ki, qeyd olunan informasiya ən çox kişilər üçün faydalıdır.

O ki qaldı İsveçrə siqaretlərinə, köhnə qitədə sıradan siqareti 9 avroya almaq olur, yəni 17 manatdır. Reklam olmasın deyə ad çəkməyəcəyik, lakin guya Avropadan gələn filan markaları 3-5 AZN xərcləməklə əldə etmək inandırıcı deyil. İrandan “duty free” adı ilə azmış kimi, Talıbovun vaxtında Naxçıvandan da çox “innovativ” siqaret gəlirdi. Düzü, indi də satılır.

Ən yaxşısı, pis vərdişlərdən uzaq durmaqdır.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*