Bu kənd xəritədən silindi – VİDEObackend

Bu kənd xəritədən silindi – VİDEO

İsveçrənin Alp dağlarından qopan nəhəng buzlaq kütləsi buz, palçıq və qaya selinə səbəb olub.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, təbiət hadisəsi nəticəsində dağın yamacında yerləşən Blatten kəndi xəritədən silinib.

Regional polis 64 yaşlı kişinin itkin düşdüyünü, termal kameralı pilotsuz uçan aparatla axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Məlumata görə, kənd təhlükəsizliyə görə əvvəlcədən boşaldılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*